Reklam verin!
Avqust 2, 2008 15:01 tarixində, qaraoyneli tərəfindən, Tərcümələr bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:51

      Təl-Əviv Universitetinin professoru, tarixçi Şlomo Zand (Shlomo Sand) «Nə vaxt və necə yəhudi xalqı icad edildi?» (Shlomo Sand. Matai ve’ech humtza ha’am hayehudi? Tel-Aviv, Resling, 2008) adlı kitabında yəhudi adında bir millətin mövcud olmadığına, yəhudilərin tarixi vətənlərindən qovulması fikrinin isə İsrail dövlətinin yaradılmasına bəraət qazandırmaq üçün mifdən başqa bir şey olmadığına inandırmağa çalışır.

Shlomo Sand


      Tarixçi adıkeçən kitabında yazır ki, özü-özlüyündə yəhudi xalqı olmamış, iudaizmə sitayiş edən insanlar qrupu mövcud olmuşdur.

      Zand həmçinin iddia edir ki, yəhudilərin qovulması da uydurmadır. O, izah edir ki, romalılar prinsip etibarilə fəth olunmuş xalqların torpaqlarından qovulmasına əl atmırdılar, ərəblər gəldikdən sonra isə iudaizmə inanların böyük bir hissəsi islamı qəbul etmiş və cəmiyyətdə assimilyasiya olmuşlar. O belə bir nəticəyə gəlir ki, müasir fələstinlilər həmin assimilyasiyaya uğramış iudeylərin nəsilləridir.       

     Zand yəhudilərin Babilə mühacirətini təkzib etmir, ancaq əksər hallarda bunun könüllü baş verdiyini qeyd edir.

   Tarixçi eyni zamanda ziddiyyətli nəticəyə gələrək iudeylərin öz dinlərini qonşuları arasında da yaydıqlarını iddia edir, bunun üçün Ester kitabından sitat gətirir. Zand eyni zamanda İsraildə əvvəllər də aparılmış, ancaq ictimai müzakirəyə çıxarılmamış araşdırmalardan da sitatlar gətirir.

     O, Ərəbistan yarımadasının cənubundakı iudey hökmranlığını və Şimali Afrikadakı iudey bərbərləri müfəssəl bir biçimdə təsvir edir. Onun fikrincə, İspaniyanın yəhudi icması (sefardlar) İspaniyanı xristian avropalılardan fəth etmiş ərəblərin içərisindən iudaizmi qəbul etmiş olanların nəslindən törəmişdir.      

     Aşkenazlar (Şərqi Avropa yəhudiləri) isə alimin fikrincə, şimala yürüş etmiş Xəzər xaqanlığının nəslindəndirlər. Zand qeyd edir ki, aşkenazların danışdığı idiş dili tacirlərin gətirdiyi xəzər ləhcəsi ilə alman dilinin qarışığından törəmişdir.     

     Bütün irqlər arasında və bütün qitələrdə iudaizmə sitayiş edən icmaların mövcudluğu Şlomo Zandı belə bir qənaətə sövq etmişdir ki, yəhudi xalqının tarixi haqda hamı tərəfindən qəbul edilmiş tezislər irqçi tezislərə bərabər olan bir sıra ehkamlar uydurmuş sionizm banilərinin uydurmasıdır.  Şlomo Zand fikirlərini belə bir nəticə ilə tamamlayır ki, İsrail «Yəhudi demokratik dövləti» düsturundan imtina etməli və hamı üçün dövlətə çevrilməlidir.

Shlomo_Sand_kitab


Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha